DİQQƏT! Nahid Emiloğlu fırıldaqçılıqda suçlanır!

DİQQƏT! Nahid Emiloğlu fırıldaqçılıqda suçlanır!

23 Aprel 2015 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
"Bu adam məhkəməni, prokurorluğu və polisi də saymır"

Vəkillər Kollegiyasının vəkili Vamiq Şükürov Mediainfo.az-a xəbər verir ki, Azərbaycanda türk müğənnilərinin konsertlərinin təşkilatçısı kimi məhşurlaşan Nahid Emiloğlunu məhkəməyə versə də, şikayətinə baxan yoxdur:

"Sizdən xahiş edirəm. Bu məsələni mətbuatda işıqlandırın. Konsertlər təşkilatçısı Nahid Emiloğlu müdaifə etdiyim vətəndaşın başına oyun açıb. Vəkili olduğum Ramin İbadov Nahid Emiloğlunun təşkilatçılığı ilə türk müğənni Rafet El Romanın Bakıda konsert verəcəyini öyrənir. Nahiddən 2000 manat məbləğində 10 ədəd bilet alır. Nahid konserti bir neçə dəfə təxirə salır. Lakin konsert keçirilmir. Müdafiə etdiyim şəxs işi belə görüb, biletləri geri qaytarmaq, pulunu almaq istəyir. Hər dəfə pulun qaytarılmasını tələb etdikdə gah konsert keçirəcəyini, gah pulu alıb verəcəyini bildirən Nahid əslində yüzlərlə vətəndaşın pulunu bu cür yolla mənimsəyib. Bu adam məhkəməni, prokurorluğu və polisi də saymır. Dəfələrlə şikayət etməyimizə baxmayaraq, şikayətimizə baxan yoxdur. Mediainın vasitəsilə lazımi orqanlardan xahiş edirəm, bu işdə köməklərini əsirgəməsinlər".

Əks tərəfin fikrini də öyrənməyə hazırıq.

Mediainfo.az