Monako şahzadəsi bal ayından dönər-dönməz testdən keçiriləcək

Monako şahzadəsi bal ayından dönər-dönməz testdən keçiriləcək

4 İyul 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

1 iyulda evlənən Monako şahzadəsi Albert hazırda həyat yoldaşı ilə bal ayında çıxıb. Lakin cütlüyü bu şirin aydan sonra templi bir həftə gözləyir. Çünki şahzadə vətənə döndükdən sonra nikahdan kənar doğulmuş uşağı üçün DNT testi (atalıq) vermək məcburiyyətində qalacaq. Onu da xatırladaq ki, 2000-ci ildə Albert iki dəfə bu testdən keçirilmiş və testin nəticəsi müsbət olmuşdu.

Ümid edək ki, bal kimi şirin aydan sonra zəhər kimi acı test nəticəsi olmayacaq.

Günel Həbib

O.M.