Elnur Hüseynov Hollandiyada keçirilən ən böyük “Eurovision In Concert” şousunda iştirak edib - FOTO

Elnur Hüseynov Hollandiyada keçirilən ən böyük “Eurovision In Concert” şousunda iştirak edib - FOTO

21 Aprel 2015 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision In Concert" ənənəvi olaraq hər il Hollandiyanın paytaxtı Amsterdamda keçirilir. 7 ildir təşkil olunan konsert müsabiqə öncəsi keçirilən ən önəmli tədbirlərdən biridir. "Eurovision In Concert" partisində 24 ölkədən olan müsabiqə iştirakçıları öz mahnılarını səsləndirib. Gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Melkweg" səhnəsində "Hour of the Wolf" mahnısını təqdim edib. Elnur Hüseynov mayın 21-də "Eurovisia 2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf" mahnısı ilə çıxış edəcək.

Mediainfo.az