
"Eurovision-2015" təmsilçimiz Amsterdamda olub - FOTO
Elnur Hüseynov mətbuat konfransı keçirib
Azərbaycanın "Eurovision 2015" Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa promoturu çərçivəsində Amsterdamda olub. O, Amsterdama hər il keçirilən "Eurovision in Concert" əyləncəli gecədə iştirak etməyə dəvət olunub.
Tədbirə 20-dən artıq müsabiqə iştirakçısı qatılıb. Səfər çərçivəsində Azərbaycan təmsilçisi mətbuat konfransı keçirib, media nümayəndələrinə müsahibə verib. "Eurovision 2015" təmsilçisi "Melkweg" səhnəsində "Hour of the Wolf" müsabiqə mahnısını ifa edib.
Qeyd edək ki, E. Hüseynov mayın 21-də "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf" mahnısı ilə çıxış edəcək.
Mediainfo.az
Digər xəbərlər