"Eurovision 2015" təmsilçimiz Budapeştdə - FOTO

"Eurovision 2015" təmsilçimiz Budapeştdə - FOTO

14 Aprel 2015 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın "Eurovision-2015" Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Macarıstanın paytaxtı Budapeştdə səfərdə olub. Apa -nın xəbərinə görə, o, Macarıstanda "М1" telekanalının "Kívánságkosár" səhər şousunun qonağı olub və müsabiqədə səsləndirəcəyi "Hour of the Wolf" mahnısını ifa edib.

Sonra ifaçı yerli mətbuata bir neçə müsahibə verib. Elnur Hüseynov yarışmanın Macarıstan təmsilçisi Boqqi ilə görüşüb, onlar Budapeşti gəziblər. Pərəstişkarları Elnurla Boqqini coşğu ilə qarşılayıblar.

Mediainfo.az