Xoşqədəm Hidayətqızı ATV rəhbərini ittiham etdi!

Xoşqədəm Hidayətqızı ATV rəhbərini ittiham etdi!

14 Aprel 2015 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
"Vüqar Qaradağlı şəhadətnaməni verməkdən imtina edir"

ATV-də yayınlanan "Səni axtarıram" verilişinin müəllifi Xoşqədəm Hidayətqızı bu gün rəhbərlik etdiyi "Üç nöqtə" qəzetinin redaksiyasında mətbuat konfransı keçirirək ATV-dən ayrılması, verilişin gələcək taleyi ilə bağlı bir sıra suallara cavab verib.

Kofrans zamanı X.Hidayıtqızı "Səni axtarıram" verilişinin şəhadətnaməsinin ona məxsus olduğunu bildirib və deyib ki, Müəllif Hüqüqları Agentliyindən verilişin müəlliflik hüququnun ona aid olması üçün ATV-nin rəhbərliyi Vüqar Qaradağlı arayış verməlidir, ancaq o, bundan imtina edir. O, əlavə edib ki, verilişdən əldə olunan reklam gəlirlərinin 50 faizi ona çatmalı imiş, amma çatmayıb:

"Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. ATV isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. "Səni axtarıram" müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir, 5 il bütün gücümü ATV-yə, "Səni axtarıram"a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib ATV rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu".

Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib:

"Yalana nifrət edirəm. Dəfələrlə ATV-dən getmək istəyirdim. Üç il ANS-dən gələn təkliflərə yox demişəm. ATV mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, "Səni axtarıram" efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım".

P.S. X. Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib. O, "Azad Azərbaycan" dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: "Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən bu ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm".

Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: "Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?". Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.

Mediainfo.az