
Fateh Ürek xəstəxanaya yerləşdirilib!
Müğənninin bacısı medaya açıqlama verdi
Mediainfo.az türk mətbuatına istinadən xəbər verir ki, mədəsində kiçiltmə əməliyyatı keçirən, ardınca da bir həftədə 10 kq arıqlayan Türkiyənin tanınmış müğənnisi Fateh Ürek dünən xəstəxanaya yerləşdirilib. Məlum olub ki, arıqlamaqdan ötrü canına qıyan müğənninin immuniteti zəifləyib və adi bir qrip xəstəliyindən halı dəyişilib. F.Ürekin bacısı Selvi xanım mətbuat nümayəndələrinə qardaşı haqda məlumat verib:
"Narahatçılığa səbəb yoxdur. Fateh reanimasiyada deyil, sadəcə müalicə olunur, həkim nəzarətindədir. Hazırda onun yanındayam. Tezliklə evə buraxılacaq".
Günel Həbib
Digər xəbərlər