“Azərbaycanın səsi-2” qalibi bizi "Türkvision"da təmsil edəcək

“Azərbaycanın səsi-2” qalibi bizi "Türkvision"da təmsil edəcək

13 Aprel 2015 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

ATV telekanalında "Azərbaycanın səsi-2" layihəsinə start verilib. Bu barədə KİV-ə layihənin prosdüseri Sübhanə İsgəndərova məlumat verib. O, bildirib ki, ötən il olduğu kimi bu il də "Azərbaycanın səsi" layihəsinin qalibi ölkəmizi "Türkvision" yarışmasında təmsil edəcək: "Layihəmizdə bu il xeyli dəyişikliklər olub. Münsiflər heyətində yeni simalar olacaq. Onların adları bir neçə günə açıqlanacaq. Artıq seçim turları başlayıb. Müsabiqənin seçim turlarına Azərbaycanın bölgələrindən də gələnlər var. Müsabiqədə 1-ci yerin qalibi ölkəmizi "Türkvision" yarışmasında təmsil etmək hüququna malik olacaq. Müsabiqədə 2-ci yerin sahibinə isə avtomobil hədiyyə olunacaq. Seçim turları canlı yayımlanacaq".

Qeyd edək ki, ötən il "Azərbaycanın səsi" layihəsinin qalibi Elvin Ordubadlı olub. O, "Türkvision-2014" yarışmasında 9-cu yeri tutub. (lent)

Mediainfo.az