
Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq
Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsində iştirak etməyəcək.
"Eurovision"un mətbuat xidmətindən Apanın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: "Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə "Eurovision 2015"-də iştirak etməyəcək".
Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.
Mediainfo.az
Digər xəbərlər