
Doğuş Alim Qasımovla duet oxuyacaq
Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran məşhur türk müğənnisi Doğuş xalq artisti Alim Qasımovla duet ifa edəcək. O, açıqlamasında Alim Qasımovun sənətinə böyük hörməti olduğunu deyib. "O çox böyük sənətkardır. Tezliklə onunla duet layihəmiz olacaq. Fəxr edirəm ki, səsinin vurğunu olduğum bir insanla bir araya gələcəyik".
Doguş "A-dan Z-yə" verilişində Alim Qasımovun repertuarından olan mahnılardan birini də musiqiçilərin müşayiəti ilə canlı ifa edib.
Mediainfo.az
Digər xəbərlər