İradə İbrahimova doğum günündə kədərləndi

İradə İbrahimova doğum günündə kədərləndi

3 Aprel 2015 21:17
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni köhnə adətindən vaz keçdi

Milli estrada sənətində öz dəsti-xətti olan müğənni İradə İbrahimovanın aprelin 3-ü 35 yaşı tamam olur. Uşaq yaşlarından musiqini sevən və səsi ilə bir çox mahnılara həyat verən İradə xanımı dinləyicisi "Ümid" müsabiqəsindəki qalibiyyətindən sonra səhnəmizin bahar çiçəyi kimi sevməkdə davam edir. Bu sevgiyə dəyər verən İradə xanımın illərdir dinləyicisinə təqdim etdiyi mahnıları aktuallığını itirmir.

Mediainfo.az-ın xəbərinə görə, hazırda Türkiyədə olan və özəl gününü ailəsi və dostlar əhatəsində qeyd edəcək sənətçimiz mətbuat üçün bunları dedi:

"Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dostlarla bir araya gəlməyi düşünürük. Uşaqkən böyüməyə tələsirik. Yaş artdıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır, deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası, geriyə boylananda peşman olmadan irəliyə doğru addımlaya bilməyimizdir.

Mən əksər doğum günümdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Nə qədər dost, ailə təpkiləri olsa da, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşmək istəyirəm. 35 yaşımda elə dəyərli bir hədiyyə almışam ki, onu inşallah, yaxın zamanlarda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudulmayan rəqəm olacaq".

İradə xanım bu gün doğum gününü qeyd edən xalq artisti Firəngiz Mütəllibova, rəqqasə Fatimə Fətəliyeva və digər sənət dostlarını da təbrik etməyi unutmadı.

Mediainfo.az