
"Yumurta"nın qala gecəi baş tutdu
Aprelin 1-də, gülüş günündə Nizami Kino Mərkəzində tamaşaçıların çoxdan gözlədiyi "Yumurta" milli komediya filminin qala–gecəsi keçirildi.
Rejissor Ramil Adiloğlunun fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları xalq artisti Arif Quliyev, aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.
Film arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta, onu indiki dövrə gətirir...
Filim bu gündən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.
Mediainfo.az