SON DƏQİQƏ! Bir az öncə tanınmış aşığın evinə basqın edilib!
Ev sahiblərinin evdə olmadığından istifadə edən naməlum şəxslər Aşıq Vüqarın Müşfiqabad qəsəbəsində yerləşən şəxsi mülkinə dəmir barmaqlığı qıraraq giriblər. Bir neçə otağın pəncərəsini və evdəki mebellərin qapılarını qıran oğrular istəklərinə nail ola bilməyiblər. Aşıq Vüqarın bildirdiyinə görə, oğrular evdəki qiymətli əşyaları tapmayıblar.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib. Hələlik Abşeron polisi oğurluq baş verən evə gedib çıxmayıb.
Xatırladaq ki, bu gün Aşıq Vüqar övladına nişan mərasimi keçirib. Ev sahibinin ehtimalına görə, şadlıq mərasimindən oğrular xəbərdar olublar və evdə kimsənin olmadığını əvvəlcədən bildikləri üçün axşam saatlarında evə soxulublar.(axar)
Mediainfo.az



























































.jpg)



































