Əkiz bacılar Dubayda klip çəkdiriblər - VİDEO

Əkiz bacılar Dubayda klip çəkdiriblər - VİDEO

27 Mart 2015 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Sevil və Sevinc bacılarının gözlənilən "Anla məni" klipi bu gün təqdim olunub. Söz və musiqisi Tural Bayramliyevə məxsus, əkiz bacıların repertuarında dinlənilən bu mahnı, müəllifin digər mahnıları qədər dinləyici rekordu vurub. Mahnının ekran həllini düşünən bacılar ona Dubayda klip çəkdiriblər. İki gün davam edən çəkiliş prosesinə rejissorluğu Xəzər Tv-nin əməkdaşı Nazim Şərbətov edib. Qeyd edək ki, bəzi kadrlar Bakıda lentə alınıb. Sevil və Sevinc bacıları "Anla məni" klipinin də izləyici rekordu təzələyəcəyinə inandıqlarını bildiriblər.

Mediainfo.az