Bəhram Bağırzadənin ən böyük səhvi...

Bəhram Bağırzadənin ən böyük səhvi...

30 İyun 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bahram.az saytında Azərbaycan dilində heç bir kəlmə yoxdur...

Şən və Hazırcavablar Klubunun tanınmış siması Bəhram Bağırzadənin yeni saytı işıq üzü görüb. Nəhayət ki, pərəstişkarları onun haqqında ətraflı məlumatları müsahibələrində, qəzet səhifələrində deyil, elə sırf özünə aid olan internet saytında əldə edə biləcəklər. Bu, həqiqətən də təqdirəlayiq haldır, gecikmiş olsa da belə...

Biz də B.Bağırzadəyə məxsus "bahram.az" saytına daxil olduq. Səhifələrdə bioqrafiyasından tutmuş ŞHK-dakı fəaliyyətinə, ta 5 yaşından bəri həvəskarı olduğu karikaturalarına kimi görmək mümkündür. Belə olan halda Bəhramın aktyorluq qabiliyyətindən savayı, onun digər istedad sahibi olduğu da artıq istifadəçilərə bəlli olacaq... Amma bir məqam gözümüzdən qaçmadı. Qəribəsi budur ki, Azərbaycanda doğulub, boya-başa çatmış, "Bakılı balası" rolları, Bakı ləhcəsi ilə sevilib-seçilən Bağırzadənin saytında nədənsə Azərbaycan dilində heç bir kəlməyə rast gəlmədi. Bütün informasiyalar yalnız rus dilindədir. Bu, qəbahətli iş deyil, Bəhramın rusdilli olması ilə əlaqələndirilə bilər. Amma... Amma bir azərbaycanlı kimi o, ilk öncə saytında məhz Azərbaycan dilinə üstünlük verməli idi. Sonra səhifələr xarici dillərdə tərcümə oluna bilərdi. Axı onu illərdir alqışlayan azərbaycanlıların əlləridir. "Bəhram Bağırzadə" kimi adının tarixə həkk olunmasında da azərbaycanlıların rolu az olmayıb. Bu barədə düşünməyə dəyər.

Doğransam da dilim-dilim, yaddan çıxmaz ana dilim.

Könül Aypara

O.M.