Bu gün Hüseyn Dəryanın ölümündən bir il ötür...
Azərbaycanın məşhur reperi, "Kef elə" mahnısının ifaçısı Hüseyn Dəryanın ölümünün ildönümüdür. Xatırladaq ki, reper ötən il martın 15-də, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpmışdı. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, ertəsi gün isə günorta saatlarında dünyasını dəyişmişdi.
P.S. Onu da əlavə edək ki, mərhum reperi şou-biznes aləmində ilk olaraq yaxın dostu Sayqa Cahid xatırlayıb. Sayqa xanım sosial şəbəkələrdəki səhifələrində Hüseyn Dərya ilə bağlı xatirələrini bölüşüb...
Allah rəhmət eləsin!
Hazırladı: Könül Aypara































































.jpg)































