Faiq Ağayev təklif irəli sürdü

Faiq Ağayev təklif irəli sürdü

13 Mart 2015 10:09
Bəyəndim (0) Bəyənmədim (0)
"İnsaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır"

Xalq artisti Faiq Ağayev son zamanlar sosial şəbəkələrdə heyvanlarla qəddar davranışla bağlı yayılan məlumatlara münasibət bildirib. Xalq artisti bu cür addım atan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib: "Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə itlərin yandılması ilə bağlı məlumatlar yayılıb. Bundan öncə də adamı vahiməyə gətirən bu tərz xəbərlər cəmiyyətimizin kəskin reaksiyasına səbəb olmuşdur. Heyvanlara qarşı həssas insanam. Bu cür xəbərlər məni üzür. Bu - insaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır. Təklif edirəm ki, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın, mövcud qanunvericiliyə dəyişikliklər edilsin və heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti tətbiq olunsun".

Mediainfo.az