
Samira “Yollar”ı ilə “Bu mənəm-2” də - FOTO
Hər dəfə bir məhşurla bir istedadlını duet mahnıda birləşdirən "Bu mənəm-2" layihəsinin bu dəfəki iştirakçıları Samira Allahverdi və 15 yaşlı Səbinə Məmmədova olub. Hər iki xanım "Yollar" duetini səsləndiriblər. Bu mahının musiqisi Bəbir və Ülviyyə Bəbirliyə, sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.
Layihə rəhbəri Bəbir və Ülviyyə Bəbirlilər bunları qeyd edib : "Samira Allahverdi mahnı üzərində çox ürəklə işlədi. Səbinəyə öz məsləhətlərini verdi, təcrübəsini bölüşdü".
Qeyd edək ki, Səbinə Məmmədova bir çox müsabiqələrin laureatı olub. Hazırda o, "Çiçəyim" teatrının aktrisasıdır. Bu dəfə "Bu mənəm-2" layihəsinə S.Allahverdi dəstəyini göstərdi. Ümumilikdə isə layihədə müğənnilərdən - Tünzalə Ağayeva, Eldar Qasımov, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnarə Rəhman var. Layihənin məqsədi istedadlı uşaqlara dəstək göstərməkdən ibarətdir.
Mediainfo.az