Nizami Kino Mərkəzində "Yapışık kardeşlər" filminin qala gecəsi baş tutdu

Nizami Kino Mərkəzində "Yapışık kardeşlər" filminin qala gecəsi baş tutdu

7 Mart 2015 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
İlker Ayrık Azərbaycan incəsənətinə valeh olduğunu bildirdi

Dünən Nizami Kino Mərkəzində "Yapışık kardeşler" komediya filminin təqdimatı keçirilib.

"Ben bilmem, eşim bilir" verilişinin aparıcısı, eyni zamanda teatr aktyoru olan İlker Ayrık iki gün əvvəl Bakıya gələrək, burada ailələr arasında yarışma təşkil edib. Daha sonra isə şəhərimizi gəzib.

Dünən axşam saatlarında Nizami Kino Mərkəzinə təşrif buyuran İlker Ayrık "Yapışık kardeşler" filminin imzalı bukletini fanatlarına hədiyyə etdi. Ardınca mətbuat konfransında iştirak etdi. Jurnalistlərin suallarını cavablandıran aktyor zarafatlarından, yumorlarından qalmadı. Bakını qarış-qarış gəzə bilmədiyindən təəssüfləndiyini qeyd edib, Azərbaycan xalqının incəsənətə verdiyi dəyəri qiymətləndirdi.

Daha sonra isə İlker Ayrık "yapışık kardeşi" olan Hakan Bulut və filmin yaradıcı heyət və tamaşaçılarla bərabər ərsəyə gətirdiyi filmi seyr etdi.

Yumoristik janrda çəkilmiş film alqışlarla qarşılandı.

Onu da əlavə edək ki, filmdə İlkər Ayrık, Hakan Bulutla yanaşı Türkiyənin tanınmış simalarından olan İvana Sərt, Suzan Kardeş, Suat Sungur, Ərdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülənt Şakrak da iştirak ediblər.

P.S. Mətbuat nümayəndələrinə göstərdiyi ilgiyə görə Nizami Kino Mərkəzinin heyətinə, xüsusilə də Arzu Əhədovaya təşəkkürümüzü bildiririk.

Hazırladı: Könül Aypara