
ŞOK!!! Günay Musayeva sevgilisi ilə yaxalanıb! - FOTO
Türkiyə seriallarının sevilən siması Tolqa Karelin həyat yoldaşı, azərbaycanlı model Günay Musayevanın adı dedi-qodularda hallanmaqdadır.
Mediainfo.az-ın haberler.com-a istinadən qeyd edir ki, Gunay Musayeva hələ həyat yoldaşından rəsmən ayrılmamış artıq özünə yeni sevgili tapıb. O, hələ keçən ay bir dəfə Sunsetdə iş adamı Vedat Mavuzerle görüntülənmişdi. Bu dəfə cütlük yenidən media işçilərinin kameralarına tuş gəlib. Onlar İstinye Park Armani Cafe-də baş-başa olublar.
Saatlarca masa arxasında əyləşərək söhbətləşən ikili çıxışda fotokameraların işıqlarını görüb, şoka düşüblər. Mavuzar özünü itirdiyindən dərhal içəri qaçıb. Günay isə fotoların silinməsini tələb edib:
"Biz iş üçün bir araya gəlmişdik", - deməklə fikirləri yayındırmağa çalışıb.
Deyilənə görə, bu, onda alınmayıb...
Günel Həbib