SON DƏQİQƏ!!! Türkiyənin tanınmış siması evində ölü tapılıb!

SON DƏQİQƏ!!! Türkiyənin tanınmış siması evində ölü tapılıb!

1 Mart 2015 23:48
Bəyəndim (0) Bəyənmədim (0)
Ünlü sənətçilər bu xəbərdən sarsılıblar

Mediainfo.az xəbər verir ki, bir az əvvəl Türkiyədə tanınmış dietoloq, Demet Akalın, Ceyda Düvenci, Ezgi Mola və bu kimi ünlülərin kilo atmalarına yardımçı olan Yelda Kahvecioğlu evində ölü tapılıb!

Yelda xanımı bir müddətdir ortalıqda görməyən yaxınları bu barədə polisə məlumat veriblər. Dietoloqun Beşiktaş Ulus Öztopuz küçəsindəki mənzilinə gələn polis əməkdaşları çilingər çağırtdırmalı olublar. Nəticədə qapı qırılıb və polislər içəri daxil olublar. Bu zaman ev sahibəsini yataq otağında ölmüş vəziyyətdə tapıblar.

Hazırda istintaqçılar hadisə yerində araşdırmalar aparmaqdadır. Yelda xanımın meyiti isə tibbi ekspertizaya göndərilib.

Bu üzücü xəbərdən şou-biznes aləminin bir çox üzvləri sarsıldıqlarını sosial şəbəklərdəki səhifələrində qeyd ediblər.

Günel Həbib