Siyasətçilərimiz Elnur Hüseynov haqda yazdılar
Xəbər verildiyi kimi, dünən Türkiyədə keçirilən məşhur "O səs Türkiyə" musiqi yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyə xalqının səsi ilə birinci olub. Azərbaycanda olduqca rəğbət və riqqətlə qarşılanan bu olaya bir sıra tanınmış şəxslər də reaksiya veriblər. Onların sosial şəbəkədə paylaşılmış rəylərindən bir neçəsini təqdim edirik:
Milli Strateji Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbər:
"Elnur oxumaqda, Acun əyləncə yaratmaqda 1 nömrə olduğunu, Türkiyə cəmiyyəti isə ədalətli olduğunu sübut etdi. Ən əsası, bir yerdə yenə də azad və ədalətli seçkinin sehrini gördük! Hamıya təbriklər!"
Müsavat başqanı Arif Hacılı:
"Təşəkkürlər Türkiyə !!!"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:
"Türkiyəmizin səsi Azərbaycandan oldu. Elnur qələbə qazandırdı azərbaycanlılara. Yaxşı ki varsan , Türkiyə !!!! Təbriklər..."
Millət vəkilıi Qənirə Paşayeva:
"İstanbulda gözəl bir gün. Bu acılı günlərimizdə Elnurun qələbəsi İstanbulda hamımızı sevindirdi. İnşallah, bir az sonra görüşüb təbrik edəcəyik.Türkiyədəki insanımıza təşəkkürlər. Bir millət-iki dövləti bu axşam hər kəs gördü. Uğurlar, əziz Elnur!"
Bununla belə, Elnur Hüseynovun möhtəşəm qələbəsinə kölgə salmaq səciyyəsi daşıyan şərhlər də yer alıb. Onlara isə Türkiyədə yaşayan jurnalist İlhamə Qasımlı cavab verib: "Qisqanclıqmı deyim, axmaqlıqmı? Şərhlərə baxıram, sanki Elnur bunların əlindən çempionluğu alıb".
Millət vəkili Aydın Mirzəzadə
"Elnurun qələbəsi hamımızın qələbəsidir.
Dünən tanınımış azərbaycan müğənnisi, gənclərimizin kumiri Elnur Hüseynov Türkiyədə keçirilən "O səs Türkiyə"nin final gecəsində səhnəyə çıxdı. Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə "O Sole Mio" opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantepe olub. Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq "O səs Türkiyə"nin qalibi adına laiq görülüb. Afərin, Elnur. Gənc istedadımızın qələbəsi hamımızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi.
Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu ən əsası Azərbaycan-türkiyə birliyinin qələbəsi, azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birilkdə güclüyük.
Həmişə qələbələrdə!"(musavat)
Mediainfo.az




































































.jpg)


























