Müğənni Niyam Salaminin “İnstaqram” səhifəsi hakerlər tərəfindən sındırıldı
Müğənni Niyam Salaminin sosial şəbəkədəki səhifəsinə hakerlərin hücumu olub. Bu barədə Mediainfo-ya ifaçının özü məlumat verib. N.Salami bildirib ki, onun "İnstaqram" səhifəsini bu gün sındırıblar: "Yazıq o insanlara ki, sənətimə, özümə əli çata bilmir, "İnstaqram" səhifəmi sındırır. Mənim bu sənətdə kimlə işim var ki? Səhifəmi sındırmaqla sənətimi, səsimi əlimdən ala bilməyəcəksiniz. Bunu etməklə mənə ziyan vura bilməyəcəksiniz. Köhnə profilimi sındırdınız, yenisini açdım".
Mediainfo.az
Digər xəbərlər




































































.jpg)


























