Bu dəfə şəhərimizin qonağı Özcan Deniz olacaq

Bu dəfə şəhərimizin qonağı Özcan Deniz olacaq

6 Fevral 2015 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 23-də Türkiyənin məşhur sənətçisi Özcan Dəniz Bakıya gələcək. Nizami Kino Mərkəzindən Mediainfo.az-a verilən məlumata görə, sənətçi rejissoru olduğu "Sevimli tehlikeli" filminin qala gecəsində iştirak edəcək. Filmin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan da təqdimatda iştirak edəcəklər. Mərkəzdən bildiriblər ki, film "Avşar film" və "DNZ film"in ortaq işidir.Təqdimatdan sonra qonaqlar mətbuat konfransı keçirəcəklər.

Mediainfo.az