
“Çalğı alətlərində ifa edənlər müğənnilik edir"
Türkiyədə yaşayan və Azərbaycanda fəaliyyət göstərən müğənni Bəturə Hüseynova od püskürdü. Sənətdəki iyrəncliklərə dözə bilmədiyini dilə gətirən müğənni açdı ağzını, yumdu gözünü:
"Bu gün ordan-burdan gələn hamı müğənni olub. Tar, gitara, skripka çalan hamı bu sənətdə müğənnilik edir. Mən sənin gəlib işini əlindən alıram? Televiziyalara bu gün ali təhsilli müğənnilər lazım deyil. Bu müğənnilikdən anlayışı olmayan, savadsızlar basıb aləmi. Kimsə kiminsə sayəndə gəlib müğənni olur. Bu sənət çox cılızlaşdırılıb. Eyni müğənnini bir kanalın hər verliişində görməkdən iyrənirsən. Adam nə qədər eyni kişini, eyni qadın müğənnini hər həftə görər? Özünüzü iyrəndirməyin. Bəsdirin. Özünüzə hörmət edin"
P.S. Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, Bəturə xanım Aygün Bayramova, Könül Kərimova, Aybəniz Haşımova, Zakir Əliyev kimi sənətçilərlə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunudur və ustad sənətkarların yetirməsidir.
Samir Aslan