Emre Altuğ boşanmasının səbəbini açıqladı

Emre Altuğ boşanmasının səbəbini açıqladı

28 Yanvar 2015 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli müğənni Emre Altuğ 7 ildir qurduğu ailəsinin dağılmasının əsl səbəbini "Aramızda kalmasın" verilişində qonaq olarkən açıqladı. "Haqqımızda xəyanət xəbərləri yayılıb, axmaq şəkillər dolaşır hər yerdə. Bu, düzgün deyil! Həmin qəzetçilərlə məhkəmədə görüşəcəyik onsuz da. Çağla Şikellə böyük səddləri aşaraq ailə qurmuşuq. Böyük sevgimiz olub və həmin sevgidən iki aslan kimi oğlanlarımız var. Ayrılığımızın səbəbi bir-birimizə olan sevginin tükənməsidir. Vəssalam!" – deyən E.Altuğ ömrünün sonuna kimi övladlarının anasına hörmətlə yanaşacağını da əlavə edib.

Günel Həbib