Aygün Kazımova ad gününü Xocalının işğalı günündə qeyd etsə belə, təəccüblənmərəm

Aygün Kazımova ad gününü Xocalının işğalı günündə qeyd etsə belə, təəccüblənmərəm

27 Yanvar 2015 15:15
Bəyəndim (0) Bəyənmədim (0)
Həmkarlarımızdan utanc verən hərəkət

Dünən – yanvar ayının 26-da Azərbaycanın xalq artisti Aygün Kazımova yerli məkanların birində özünə təmtəraqlı şəkildə ad günü düzənlədi. Şou-biznes nümayəndələrinin də qatıldığı məclis deyilənə görə, olduqca şən əhval-ruhiyyədə keçib. Elnur Məmmədovun, Xəyyam Nissanovun, Nanə Ağamalıyevanın, Nadir Qafarzadənin, Rüfət Axundovun, Niyam Salaminin, Ramazzo Romanın, stilist Anar Ağakişiyevin və bir çox tanınmışların qatıldığı "Opera Sky"da bir vur-çatlasın olub ki, gəl görəsən! Deyib-gülən kim, qucaqlaşıb-öpüşən kim, səbəbkara hədiyyələr daşıyan kim, məclisin idarə olunmasında canfəşanlıq göstərən kim. Bir sözlə, məcazi mənada "atəşfəşanlıq"!

Məhz elə həmin gün – bu cür dəbdəbəli məkanlarda Aygün Kazımova kimilərin lüt-üryan ortalığa çıxmasından, qonaqlıqlar təşkil edilməsindən, rahat şənlənmələrindən ötrü canlarını sözün əsl mənasında fəda edən üç şəhidimizin evində yas mağarı hələ sökülməmişdi., üç ailənin göz yaşları səngiməmişdi.

Bax, elə həmin ərəfədə xalqın hesabına fəxri adla təltif edilmiş bu xanım az qala alt paltarındaca qatıldığı ad günü "parti"sində kefini çəkirdi. Əvvəllər sinəsini, yaxasını, ayaqlarını nümayiş etdirirdi. "Cavandır" deyə xətrinə dəyən olmurdu. Amma görünür, yaşının üstünə yaş gəldikcə "dam gedir"... Nə isə, qayıdaq xalqın artistinin ad günü "parti"sinə.

Kazımova məclis boyu kameralar qarşısına keçib, 44 yaşını qeyd etməsindən ağızdolusu danışırdı. Böyür-başındakı quyruq bulayanlar da ona qahmar çıxmağı unutmurdular. Ətək-ətək pula toylara, şou-proqramlara çıxanlar məkandan qıraqda xalqın üç şəhid basdırmasından xəbərsiz idilər. İdilərmi?! Bunu təkcə Allah bilir.

Əlbəttə, gecə saatlarında başlayan məclis boyu fotolarını sosial şəbəkələrdəki səhifələrində paylaşan xalq artisti təbriklərlə, komplimentlərlə yanaşı həm də qınaq obyektinə tuş gəldi. Belə ki, izləyicilər onu şəhidlərin ruhuna hörmətsizlik etməkdə günahlandırıb, rəylərində narazıçılıqlarını bildirdilər. Əsasən də əslən Füzuli rayonundan olan Elnur Məmmədovdan şikayətləndilər ki, yurd-yuvası işğal olunmuş birisinin şəhid verildiyi bir vaxtda çal-çağır etməsi haqsızlıqdır!

Düzü, mən də qatılıram həmin rəylərə. Tutalım, Aygün (xanım deməyə adamın dili də gəlmir) artıq aldığını alıb, verdiyini verib. Məgər Elnurun fəxri adla təltif olunmasında könlü yoxdur?! Hansı üzlə deyəcək ki, mən illərdir səhnədəyəm, illərdir dövlət tədbirlərində çıxışlarım olub? (red. Anlamıram bu fikirdə olanları, məgər dövlət haqq etmir ki, gəlib fonoqramla tədbirlərində çıxış edəsiniz? Bu xalqın, bu millətin sayəsində adam olmağınız yetmirmi?)

Açığı, dədə-baba torpaqları işğal olunan və həmin torpaqları geri qaytarmaq uğrunda zərrə qədər də olsun əməyi keçməyən, üstəgəl canını qurban verən şəhidlərə hörmətsizlik edən Elnurun hansısa bir addım atacağını düşünürdüm. İnsan övladı bu qədər də soyuqqanlı ola bilməzdi çünki. Hardasa qəlbinin dərinliyindəki vicdan onu üzrhaqlığa dəvət edə bilərdi. Amma...

E.Məmmədov qınaqları heç də qəbul etmədi . O Facebook səhifəsində ünvanına yağdırılan təhqir və tənqidçiləri, "kompyuter arxasında kişiləşənlər" adlandırmaqla kifayətləndi.

Onun kimi məclisin səbəbkarı da xalqın hüznünə saymamazlıqla yanaşdı. Aygün üç şəhid ailəsindən dilucu da olsa üzrhaqlıq etməyi unutsa da, izləyicilərini ATV-nin "10lar" verilişinə baxmağı dəvət etməyi unutmadı.

Bax beləcə, 44 yaş tamam oldu. Gələn il A.Kazımovanın 45 illiyini bir ay əvvələ - Xocalının işğal gününə (26 fevral) salacağını eşitsəm, təəccüblənmərəm.

P.S. Ən utandırıcı hal isə bilirsiniz nə oldu? Bəzi həmkarlarımızın ölkədə üç şəhidə göz yaşı töküldüyü bir məqamda xalqın dərdinə şərik çıxmaq əvəzinə, lüt-üryan səbəbkara sarılıb, öpüşmələri!

Bir-ikisini başa düşmək olar hardasa, qanlarında erməni, rus qanı axır. Ad-soyadları belə bəlli deyil. Belələrini çox da qınamaq olmaz. Çünki onlar bu torpaqdan deyillər! Şəhid nədir belə anlamırlar. Vətən üçün yanmaz bunların ürəyi. Ən azından, müsəlman yaslarından xəbərsizdirlər. Öz ölülərini belə araqla dəfn edənlərdəndirlər. Bəs özümüzünkülər?! Yaraşarmı? Hanı vicdan? O qələmi necə tutursunuz? Bu ölkənin xəbərlərini hansı sifətlə yazırsınız? Bu peşəyə beləmi sahib çıxırsınız?!

Hazırladı: Könül Aypara

.