Demis Russos vəfat edib

Demis Russos vəfat edib

26 Yanvar 2015 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur yunan müğənnisi Demis Russos Afinada 69 yaşında vəfat edib. Apa-nın xəbərinə görə, bu barədə "Le Figaro" qəzeti sənətçinin qızı Emiliyə istinadən məlumat yayıb. Ölümün səbəbləri hələlik bəlli deyil. Əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il "On The Greek Side Of My Mind" adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.

Mediainfo.az