"Günəbaxan"ın qonağı olan Yaqut Nəriman Niyam Selaminin cavabını verdi!

"Günəbaxan"ın qonağı olan Yaqut Nəriman Niyam Selaminin cavabını verdi!

23 Yanvar 2015 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
"Bəs niyə buranın çörəyini yeyib, havasını udursan?"

Dünən ANS telekanalında yayımlanan "Günəbaxan" verilişinin qonaqlarından biri də "Azəristar" yarışmasının beşincisi olmuş Yaqut Nəriman idi. Veriliş boyu sevilən mahnılarını ifa edən gənc müğənninin bəzi həmkarlarını sərt şəkildə tənqid etməsi ortallğı bir-birinə qatdı. Belə ki, aparıcı Tellinin,"ötən verilişlərimizin birində Niyam Səlami yerli musiqiçilərimizi savadsız adlandırdı. Sən bu barədə nə düşünürsən?" sualı Yaqutu təbdən çıxartdı:

- Bizim musiqiçiləırimizə nə olub? Yetərincə savadlı musiqiçilərimiz var. Mənim milyonlarım aşıb-daşsa da, xaricilərə bir qəpik də vermərəm! Bəsdirin də! Nə qədər onu-bunu tərifləyib, dağ başına qoymaq olar? Özünüz xaricə gedəndə havada qalırsınız, heç sizi sayan da olmur! Mənim heç bir sənətçi ilə şəxsi ədavətim yoxdur. Sadəcə o sözü deyən müğənniyə bir sualım var: bəs niyə buranın çörəyini yeyib, havasını udursan? Heç olmasa, sözü fikirləşib, sonra deyin. O qədər .vətənpərvər sənətkarlarımız var. Onlardan ibrət götürmək lazımdır".

Hazırladı: Könül Aypara

Hazırladı: Könül Aypara