Tolik Natavana sərt cavab verdi!

Tolik Natavana sərt cavab verdi!

23 Yanvar 2015 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
"Fəaliyyətin əlimdədir, nə toyun var, nə də ki tədbirin!"

Prodüsser Tarık Əliyev müğənni Natavala bağlı öz "İnstagram" səhifəsində aralarında olan məhkəmə çəkişməsi ilə bağlı məlumat paylaşıb. Belə ki, o, Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Məhkəmədə qərar qüvvədə qaldı. Bu qərarla razı deyiləm. Öz fikrimdə qalıram, Laçının işğalı günü konsert vermək istəyən hər bir müğənni mənim üçün ermənidir. Mən üzr istəməyəcəm. Azərbaycan qanunlarına hörmət edirəm, amma mən üzr istəməyəcəm. Ondansa məni ölkədən qovun. Ondan üzr istəsəm, axırıncı adam olaram. Ali məhkəmədə özüm çıxış edəcəm. Sevinmə! Səndən üzr istəsəm də, istəməsəm də əsas odur ki, fəaliyyətin əlimdədir. Nə toyun var, nə də ki, tədbirlərin. Əsas odur ki, səni hər yerdən çıxartmışam, evdə oturmusan. Sənin arxan burada kömək olmayacaq. Hardasa tapşırda bilər, amma şou-biznesdə yox. Nəyə narahat olacam ki? Narahat sən ol ki, 150 manata proqramlarda oxuyursan".

Xatırladaq ki, dünən Bakı Appelyasiya Məhkəməsi Natavan Həbibinin prodüser Tarix Əliyevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə ilə əlaqədar qərar qəbul etdi. Qərara görə, Tarık Əliyev Laçının işğal günüdə konsert verən Natavan Həbibini erməni adlandırdığına görə üzr istəməlidir.

Mediainfo.az