Serenay Sarıkaya sevgilisindən ayrı İtaliyaya getdi - FOTO

Serenay Sarıkaya sevgilisindən ayrı İtaliyaya getdi - FOTO

22 Yanvar 2015 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Medcezir" serialının baş qəhrəmanı Serenay Sarıkaya çəkilişlər arası fürsət tapıb, İtaliyaya yola düşdü. Beləcə, haqqında dedi-qoduların yaranmasına səbəb yaratmış oldu.

Belə ki, serialdakı tərəf müqabili ilə həyatda da eşq yaşayan Serenayın sevgilisindən – Çağatay Ulusoydan ayrıldığı söylənildi. Amma gözəl aktrisa bu şayiələri dandı:

"İtaliyaya bir dostumu ziyarət etməyə getmişdim. Çox yorğunam, dincəlmək istəyirəm".

Xatırladaq ki, S.Sarıkaya ilə həm serialda, həm də həyatda eşq yaşadığı Ç.Ulusoyla bir müddət əvvəl bərabər tətilə çıxmışdı. Onlar İspaniyanın gözəl məkanlarının birində dincəlmişdilər.

Günel Həbib