Elnur Hüseynov mərhələni adlamağı bacardı! - VİDEO

Elnur Hüseynov mərhələni adlamağı bacardı! - VİDEO

22 Yanvar 2015 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanlı müğənni "O ses Türkiye"ni bu dəfə də coşdurdu

"O ses Türkiye"nin favoritlərindən sayılan azərbaycanlı müğənni Elnur Hüseynov "Birə bir" mərhələsində uğurlu çıxışı ilə yadda qalıb. "Golden Eye" mahnısı ilə səhnəyə çıxan Elnur Şərmin adlı iştirakçıyla yarışıb. Elnurun çıxışı zalda böyük alqış qazanıb. Seçimdə Ebru Gündeş tərəddüd etmədən Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Xatırladaq ki, yarışma boyu çıxışlarından sonra layihənin rəhbəri Acun Ilıcalı və tamaşaçıların xahişi ilə Elnur Hüseynov ifasını ikinci dəfə təkrarlamalı olub.

Hazırladı: Könül Aypara