Sibel Canın baxımsız halı pərəstişkarlarını üzüb

Sibel Canın baxımsız halı pərəstişkarlarını üzüb

21 Yanvar 2015 13:51
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni həmkarının filmini seyr edib

Məşhur türk müğənnisi Sibel Can ötən gecə dostları ilə bərabər film seyr etməyə gedib. Həmkarı Mahsun Kırmızıgülün rejissorluğu ilə ərsəyə gəlmiş "Möcüzə" filmini seyr edən S.Can çıxışda media nümayəndələri ilə üzləşib. "Doğurdan da gözəl film idi. Qısacası, hər şey çox əla idi!" – deyə təəssüratlarını bölüşən müğənninin baxımsız vəziyyəti pərəstişkarlarını üzüb. Belə ki, hər zaman özünə diqqət yetirən müğənni saçlarını belə daramamış vəziyyətdə kameralara tuş gəlib.

Günel Həbib