Burak Özçivit ve Fahriye Evcen cütlüyü Bakıya gələcək

Burak Özçivit ve Fahriye Evcen cütlüyü Bakıya gələcək

21 Yanvar 2015 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 29–da Türkiyənin ən məşhur aktyorları –"Möhtəşəm yüz il" serialının "Malkoçoglu" (Burak Özçivit) və "Sünbül agası" (Selim Bayraktar), həmçinin cazibədar Fahriye Evcen "Aşk sana benzer" filminin qala gecəsinə qatılmaq üçün Nizami Kino Mərkəzinə gələcəklər.

Ceylan Güzelce`nin ssenarisi əsasında rejissor A. Taner Elhanın, lentə aldığı bu romantik dram, bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı ayaqda saxlamaq üçün çarpışan Əli, bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla –Denizlə qarşılaşır. İlk baxışdan bir- birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişındən gələn biri onların eşqinə mane olmağa çalışır...

Qala gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Fahriye Evcen, Burak Özçivit, Selim Bayraktar filmin rejissoru A.Taner Elhan, və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hazırladı: Könül Aypara