Ekstrasens məşhur aparıcı və xalq artisti barədə şok açıqlama verdi

Ekstrasens məşhur aparıcı və xalq artisti barədə şok açıqlama verdi

15 Yanvar 2015 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ekstrasens Həsən Həsrətli xalq artisti Aygün Kazımova və "Günaydın" verilişdən ayrılan Vüsalə Kərimova və görücülərin onun haqqında açıqlamalar haqqında danışıb.

"Mənə dostlar xəbər göndərdi ki, "Günaydın" verilişinin çəkilişində bir neçə dırnaqarası, camaatı aldadan baxıcı mənim haqqımda fikir bildirib. Onların heç birinə mən olmayan yerdə barəmdə kəlmə kəsməyə belə icazə vermirəm. "Günaydın" verilişinə gəlincə, xatırladım ki, mənim ordakı ajiotajlı çıxışımın ardınca proqnoz vermişdim ki, verilişin aparıcıları mən qonaq qismində ordan ayrılandan sonra dəyişəcək. Elə də oldu. Verilişin rəhbərliyinə kimi hamı bilir ki, mənim orda göstərdiklərim həqiqət idi və bu, hamını şoka salmışdı. Amma mənim mübahisəli gedişimdən sonra verilişi lənətləmişdim. Ona görə də, verilişdə bəzi hadisələr axarınca getmirdi. Amma həqiqət bu idi ki, mənim o verilişdəki çıxışımdan sonra "Günaydın" reytinq qazandı. Vüsalə Kərimova ilə veriliş öz axarına düşmüşdü. Amma son vaxtlar, Vüsalə də bəzi xırda problemlər yaşayıb. Amma layihədən getdiyi barədə qərar versə də, mən onu həmin verilişin aparıcısı kimi görürəm. Vüsalə xanım o verilişə yaraşır və onun aparıcılıq karyerasında böyük uğurlar görürəm".

Ekstrasens Vüsalə xanımın verilişdən getməyinə Xatirə İslamın əlinin olduğu barədə yayılan fikrə də aydınlıq gətirib:

"Bunlar şayiədir. Xatirə xanım onu işdən çıxartdırmayıb. Teleaparıcının verilişin rəhbəri ilə sözü üst-üstə düşməyə bilər. Mənə elə gəlir, bunlar həllini yaxşılığa doğru tapacaq problemlərdi. Vüsalə xanımın aurası müsbətdi və bu verilişə yaraşır".

Sonda Aygün xanımdan söz salan ekstrasens bir müddət əvvəl verdiyi proqnozu xatırlatdı:

"Aygün xanımı səhhəti ilə bağlı danışanda, onda qan azlığı gördüyümü qeyd etmişdim. Aygün isə bu yaxınlarda həkim müayinəsindən keçərək, qan azlığından əziyyət çəkdiyini bildirib. Deyib ki, "qanım o qədər düşmüşdü ki, Türkiyədə mənə belə bir diaqnoz qoyub, qan vurdular". Bu proqnozum da həmişəki kimi özünü doğrultdu.

Mediainfo.az