Müğənni 12 il əvvəl boşandığı əri ilə barışdı

Müğənni 12 il əvvəl boşandığı əri ilə barışdı

13 Yanvar 2015 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Xeyli zamandır sənətdən uzaq düşən müğənni Sevda Kazımova 12 il əvvəl boşandığı həyat yoldaşı ilə barışıb. Bu barədə ifaçının özü Lent.az-a məlumat verib. O, bildirib ki, həyat yoldaşı ona barışmaqları münasibətilə avtomobil bağışlayıb: "Mən həyat yoldaşımı sevərək ailə qurmuşdum. Evliliyimizin ilk illərində xoşbəxt həyat yaşayırdıq. Amma sonradan aramıza bir nəfər girdi. Həmin şəxs yoldaşımı çox dəyişdi. Bir sözlə həyat yoldaşımın mənə olan diqqəti azalmışdı. Onun bu cür davranışını qəbul edə bilməzdim. Və 12 il öncə danışıb, razılaşdıq ki, boşanaq. Bu hər ikimiz üçün də yaxşı olar. Baxmayaraq ki, bizim övladlarımız da var idi. Amma buna baxmayaraq rəsmən ayrıldıq. Amma illər sonra düşünməzdim ki, bir gün barışacağıq. Barışığımızda fərqli oldu. O, mənə ilk öncə ev, daha sonra avtomobil hədiyyə etdi. Onu da deyim ki, mənim bu sənətdə maddi və mənəvi dəstəyim həyat yoldaşımdır".

Onu da əlavə edək ki, boşandığı həyat yoldaşından 2 oğlu var.

Qeyd edək ki, S.Kazımova "Öldürəcək bu yar məni", "İnanmır", "Küsmək istəsəmdə" kimi mahnıları ilə tanınıb.

Mediainfo.az