Günel Zeynalova : “Mənə Azərbaycanda əxlaqsız təkliflər edən olub”

Günel Zeynalova : “Mənə Azərbaycanda əxlaqsız təkliflər edən olub”

12 Yanvar 2015 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Azəri Günel Zeynalova "Onlar" verilişinə açıqlama verib.

Sənətçi Azərbaycanda konsert verməməyinin səbəbindən danışıb: "Konsert vermək istəyirəm, buna görə də Bakıya gəlib-gedirəm. Kömək istəyirəm, amma etmirlər. Niyə, başa düşmürəm. Başqa şeylərə kömək edirlər. Bəlkə də, qarşılıq gözləyirlər. Amma məndə elə şey olmaz. Bakıya gələndə o qədər söz eşidirəm ki, qulağımı tıxayıram: o onunla, bu bununla görüşür. Bilmirəm nə edim... Bəlkə, buna görə açıq-saçıq geyinmək lazımdır? Allah bizi yolumuzdan azdırmasın. Sənət adamıyam, əlbəttə, mənə də pis təkliflər edən olub. Amma heç vaxt bunu qəbul etmərəm... Sənət adamları arasında yanlışlıq edənlərə görə bizə bu cür təkliflər gəlir".

Daha əvvəl türkiyəli ifaçı İbrahim Tatlısəsin mahnılarından ibarət albom çıxaracağını deyən G.Zeynalova bu fikrindən daşınıb: "Bu haqda İbrahim Tatlısəsə dedim. O da söylədi ki, bunu sənə mən edim . Amma albomu öz pulumla çıxarmaq istəyirdim. Belə bir fikir ayrılığı yaşandığı üçün o işi təxirə saldım".

Mediainfo.az