Vüsalə “Günaydın”dan getdi

Vüsalə “Günaydın”dan getdi

12 Yanvar 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcılıq etdiyi "Günaydın" verilişindən ayrılan Vüsalə Kərimova "SOY" prodakşnla qalmaqal yaşaması xəbərlərinə son qoyub.

Aparıcı Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Verilişdən Xatirə ilə qalmaqaldan əvvəl ayrılmaq istəyirdim. Mən çətin insanam. Hamı ilə yola gedirəm, amma mənimlə yola getmək asan deyil. Əgər mən rahat adam olsaydım, evimdə kişi olardı. Bir yerdən getmək istəyirəmsə, heç bir səbəb məni saxlamayacaq. Qəliz adamam. Verilişin ağırlıqları çox idi. Gündə 3 saat davam edən proqram aparmaq asan deyil. Üstəlik, onun məsuliyyətini də daşıyırdım. İşə ötəri yanaşmırdım, montajında belə otururdum, anons yığırdım. Aparıcılıqla yanaşı, mənim üç əlavə işim var. Gözlədiyim böyük layihələr var. Onlarla məşğul olacam. Mənim üçün qonorar da önəmlidir. Oqtay Əliyevin verdiyi maaşdan narazı deyildim. İndiki təkliflər arasında yüksək, ürəyimcə qonorarı olanını qəbul edəcəm. Mənim evimi heç bir kişi dolandırmır, mən oğlan böyüdürəm. Doqquzuncu sinifdə oxuyan oğlum var. Övladımı böyütmək üçün maddiyyat mənim üçün önəmlidir. Nail Naiboğlundan təklif gəlib. Amma razılaşmamışam, qonorara baxacam".

Mediainfo.az