Azərbaycandan Hande Yenerə böyük təklif

Azərbaycandan Hande Yenerə böyük təklif

6 Yanvar 2015 12:38
Bəyəndim (0) Bəyənmədim (0)
Pop-ulduz imtina etdi

Mediainfo.az xəbər verir ki, Yeni il gecəsi Bakıdakı "Yeganə" şadlıq sarayında konsert proqramı ilə çıxış edən türkiyəli pop-ulduz Hande Yenere yeni təklif irəli sürülüb. Belə ki, ona Azərbaycanda keçiriləcək musiqi yarışmasında jüri kimi əyləşmək təklif olunub. Üstəlik qonorarı da açıqlanıb: hər turda 35 min dollar! Amma buna baxmayaraq, Hande bu təklifi rədd edib.

13 turdan ibarət olacaq musiqi yarışması üçün həftədə üç dəfə Bakıda olması vurğulanan təklif pop-ulduzun ürəyincə olsa da, o, üzülərək bu müqaviləni imzalamaqdan imtina edib: "İlk öncə konsertlərim mənə önəmlidir!"

Bu təklifin başqa bir türk sənətçisinə irəli sürüləcəyi hələlik sual altındadır.

Günel Həbib