Plastik əməliyyatlar onu bu günə qoydu - FOTO

Plastik əməliyyatlar onu bu günə qoydu - FOTO

6 Yanvar 2015 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyalı modelin böyük omba sevdası ona baha başa gəldi. Bir zamanlar gözəlliyi ilə fərqlənən modelin ayağında dəliklər açılıb.
ANS PRESS-in məlumatına görə, 27 yaşlı braziliyalı model Andressa Urac bir ay komada olub. O, uzun müddət həyatda qalmaq uğrunda mübarizə verib. "Miss BumBum" seçilən gözəlin ombasına etdirdiyi müdaxilə az qala onun ölümünə yol açacaqmış. Belə ki, onun bütün bədəninə infeksiya düşüb.
Onun sağlamlıqla bağlı problemləri yay aylarından başlayıb. Xəstəxanaya çatdırılan modelin ayaqlarına, ombasına etdirdiyi maddələr dərhal çıxarılıb. Bu müdaxilədən sonra isə onun ayaqlarında deşiklər yaranıb.
Andressa son 5 ildə 9 dəfə estetik əməliyyat olub. Model bundan başqa burnu, üzü, çənəsində də cərrahi müdaxilə etdirib.

Mediainfo.az