Bengü Samir Piriyevi möhkəm əsəbiləşdirib

Bengü Samir Piriyevi möhkəm əsəbiləşdirib

23 İyun 2011 13:48
Bəyəndim (0) Bəyənmədim (0)
Məsələ pul məsələsidir

Bir ara Türkiyə şou-biznesə qatılan, türk müğənnilərini yeri gəldi-gəlmədi tərifləyən, onlarla eyni süfrə arxasında oturub düz-çörək kəsən Samir Piriyevin fikri nədənsə 180 dərəcə dəyişilib. İndi o, həmyerlilərindən toylarına türk müğənnilərindənsə Ayazı, Ədalət Şükürovu, yerli gənc müğənniləri çağırmalarını xahiş edir. "Azərbaycan müğənnilərindən heç yerdə yoxdur! Biz bir-birimizi tutub, dəstəkləməliyik. Bu yaxınlarda bir toya dəvətli idim. Türkiyədən Bengüyə 20 min dollar verilib, çağırmışdılar. O, diski qoyub bir saat fonoqramla oxudu, sonra da pulunu alıb təmtəraqla getdi. Mən isə 2-3 saat canlı ifa etdim, ancaq ondan xeyli az pul aldım. İndi fərqi görürsünüz? Qoy camaat öz müğənnilərimizə pul verib, toylarına çağırsınlar. Vallah, qurban olum özümüzünkülərə!" - deyən Samir, görünür, çox yanıqlıdır. Özü də Bengünün əlindən. Hansı ki, vaxtilə Türkiyədə olarkən Bengü ilə qucaqlaşıb-görüşürdülər...

Pul əl çirki olsa da, ona görə çirkaba batmaq lazım deyil...

Könül Aypara

O.M.