85 yaşlı prezident yeni sevgi macərasına başlayıb

85 yaşlı prezident yeni sevgi macərasına başlayıb

21 İyun 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
"Playboy" malikanəsinin yeni xanımı

Xəbər verdiyimiz kimi, tanınmış "Playboy" jurnalının qurucusu Huq Hafner jurnalının gözəllərindən olan Kristan Haris ilə evlənəcəkdi. Lakin toy gününə 5 gün qalmış hər şey birdən-birə təxirə salındı. 85 yaşlı prezident keçirdiyi şoku çox tez yadından çıxara bildi. Çünki dostlarından mediaya sızdırılan məlumata görə, Huq "Playboy"un digər gözəli 25 Anna Safiya Berqludla yeni sevgiyə yelkən açıb. Onlar artıq "Playboy" malikanəsində birlikdə qalır və hər kəsin içində rahatca öpüşür, bir-birilərinə "beybi" deyə xitab edirlər.

Beybi ingiliscədən tərcümədə bəbə deməkdir. 85 yaşında bəbə olursa, qocalığı neçə yaşında olacaq?..

Günel Həbib

O.M.