"Türkçevizyon"da Natəvan Həbibi niyə yaddaşlarda qalmadı?

"Türkçevizyon"da Natəvan Həbibi niyə yaddaşlarda qalmadı?

18 İyun 2011 20:58
Bəyəndim (0) Bəyənmədim (0)
Köhnə mahnı oxumaqla qalib olmazlar

Bir neçə gün davam edən və böyük maraqla izlənilən "Türkçevizyon" başa çatdı. Türkiyə KİV-nin verdiyi məlumata görə, açılışını "Eurovision-2011"in qalibləri Eldar və Nigarın etdiyi "Türkçevizyon"da son ifa da Azərbaycan müğənnisindən gəldi. Azərin pafoslu səsi ilə hər kəsi riqqətə gətirmiş oldu. "Çırpınırdı Qara Dəniz" əməkdar artistimizlə birgə tamaşaçıların qəlbini çırpındırdı.

Kaş "Türkçevizyon"da Azərbaycanı Natəvan Həbibinin səsindən daha güclü və yaddaqalan səsin sahibi təmsil edəydi. Bundan başqa, dünyanın bir çox ölkələrinin iştirak etdiyi bu festivalda iki il öncə yazılmış "Təyyarələr" mahnısındansa yeni mahnı səslənsəydi, daha məqsədəuyğun olardı. Müğənni həmin yarışmada çıxış etməkdənsə o gün dostu Elnurun toyunda olsaydı, yaxşı olardı.

Könül Aypara

O.M.