Sərdar Ortaç evdə tək qalmaqdan qorxur
MS xəstəliyi ilə mübarizə aparan Sərdar Ortaçdan bəd xəbər var. Türkiyə mətbuatı xəbər verir ki, müğənni yeni xəstəliyin pəncəsinə tutulub. Sərdarda indi də klostrofobiya xəstəliyi aşkar olunub. Bağlı yerlərdə olmaq qorxusu olan klostrofobiya xəstəliyi ortaya çıxan Ortaç tez-tez həyəcanlandığını bildirib.
Pis günlər yaşadığını dilə gətirən Sərdar "Liftə minə, kinoya gedə bilmirəm. Evdə belə dayana bilmirəm. Sanki divarlar üstümə gəlir. Gecənin yarısı özümü çölə atıram" deyib.
Mediainfo.az
Digər xəbərlər





























































































