Nüşabə Ələsgərlinin şəxsi həyatında yenilik baş verdi!

Nüşabə Ələsgərlinin şəxsi həyatında yenilik baş verdi!

6 Sentyabr 2014 14:29
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin iki övladı tələbə adına layiq görülüb

Əməkdar artist Nüşabə Ələsgərlinin şəxsi həyatında ürəkaçan hadisə baş verib. Belə ki, müğənninin iki övladının ikisi də bu il tələbə adına layiq görülüblər.

Qeyd edək ki, N.Ələsgərli bir oğul və bir qız anasıdır. Orxan və Nigar Qasımovalar Bakının 283 saylı orta məktəbinin məzunları olublar.

Məktəbi əla qiymətlərlə başa vuran Nigar Qasımova – Xarici Dillər Universitetinə, Orxan Qasımov isə Azərbaycan Diplomatik Akademiyasına yüksək balla daxil olublar.

Onu da xatırladaq ki, 2007-ci ildə Orxanın kiçik toyunda türk dünyasının İmperatoru İbrahim Tatlısəsin iştirak etməsi şou aləmində bomba kimi partlamışdı. N.Ələsgərli İbonun Bakıya gəlməsi üçün ona 150 min dollar ödəmişdi.

Təbrik edirik!

Hazırladı: Könül Aypara