
Tanınmış teleaparıcı dünyasını dəyişib
ABŞ-lı məşhur teleaparıcı və komediya aktrisası Coan Rivers dünyasını dəyişib. Ötən həftə ürəyi dayanan 81 yaşlı Rivers Nyu-Yorkdakı Mount Sinai xəstəxanasına aparılmışdı. Gecə saatlarında isə qızı Melissa Rivers verdiyi açıqlamada anasının öldüyünü bildirib. Ölüm vaxtı Riversin yanında ailəsi və dostları da olub.
"Anamın həyatdakı ən böyük sevinc mənbəyi insanlazı güldürmək idi. Hər nə qədər çətin olsa da, onun son arzusunun bizim gülməyə davam etməyimizi istəməsi ola bilər düşünürəm" – deyə M.Rivers söyləyib.
Qeyd edək ki, məşhur teleaparıcı Coan Rivers son vaxtlar Hollivudun məşhur simalarının geyim seçimlərini tənqid eməsi ilə tanınırdı və "Fashion Police" ("Dəb polisi") proqramının aparıcılığını edirdi.
Mediainfo.az
Digər xəbərlər