Qurd 22 iyunda bəy duracaq

Qurd 22 iyunda bəy duracaq

14 İyun 2011 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Kurtlar vadisi" serialında Abdülhey xarakterinə can verən Kənan Çoban 22 iyunda bəy olacaq. Bu serialla məşhurlaşan aktyor sezon finalından sonra nişanlısı İstanbul Texniki Universitetinin məzunu olan Dilək Özkanla toy hazırlıqlarına başladı. Və beləcə, 22 iyun tarixi üçün bütün hazırlıqlar tamamlanmış oldu.

Ötən gün "qurd" və nişanlısı Dənizlinin valisi Vali Erkmənin qonağı olublar. Onlar valini nikahlarına dəvət ediblər.

Valilikdən çıxan aktyoru "Kurtlar Vadisi Pusu"nun bir qrup pərəstişkarı qarşılayıb. O, heyranları ilə şəkil çəkdirib.

Bu dəfə quzunu yox, Dilək Özkanı qurda tapşırdılar.

Günel Həbib

O.M.