"Ezel" bizimlə vidalaşır

"Ezel" bizimlə vidalaşır

13 İyun 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)
20 iyunda canlı vida

Türkiyənin "ATV" telekanalında artıq iki mövsümdür yayımlanan "Ezel" serialı ekranlarla, tamaşaçılarla vidalaşır. Proyekt 20 iyun tarixinə sürpriz şəkildə son nöqtəsini qoymağa hazırlaşır. Belə ki, "Ay yapım" şirkəti həmin gün üçün "Çubuklu 29"da möhtəşəm bir gecə hazırlayacaq. "Ezel"də əməyi keçən hər kəs orada olacaq. 250 nəfərlik bir tədbir hazırlanacaq. Dəvətlilər "Ezel"in son bölümünü elə o məkandaca izləyəcəklər. "ATV" canlı olaraq "Çubuklu 29"a bağlanacaq və son bölümü tamaşaçılar bu şəkildə izləyəcəklər. Bundan başqa, zaldakıların həyəcanı və son sözlərini eşitmək imkanına malik olacağıq.

Hər başlanğıcın bir sonu olduğu kimi "Ezel"in də sonu çatdı.

Günel Həbib

O.M.