Ayaqdakı sərvət

Ayaqdakı sərvət

9 İyun 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Tom Kruzun qızının 900 ayaqqabısı var

Tom Kruzun qızı Suri ayağında sərvət daşıyır. Belə ki, balaca xanımın 150 min dolları aşan ayaqqabı kolleksiyası olduğu ortaya çıxdı.

Filippinin eks diktatoru Ferdinand Markosun arvadı İmeldanın ayaqqabıya olan həvəsini bilməyən demək olar ki, yoxdur. 3 min civarında ayaqqabısı olan İmeldanın taxt-tacının vəliəhdi deyəsən, Suri Kruzdur. Çünki 5 yaşlı qızcığazın 900 cüt ayaqqabısı olduğu və bu ayaqqabıları 80 kv metrlik bir otaqda mühafizə etdiyi bildirilir. 150 min dollarlıq ayaqqabıları ilə Amerikada xəbərin gündəminə oturan və dikdaban ayaqqabıları ilə diqqət çəkən Surinin ayaq sağlığının risk altında olduğu iddia edilir.

Onu da xatırladaq ki, Suri artıq bir neçə ildir ki, "Forbes" jurnalını adı ilə bəzəyir. Belə ki, balaca hər il bu məşhur jurnal tərəfindən "İlin ən dəbli uşağı" adını alır.


Biz isə yayı-qışı bir ayaqqabıda keçiririk. Bir deyəndə bir tayı nəzərdə tutmuram...

Günel Həbib

O.M.