1 il ərzində 1-ci mövqeyə qalxmaq mümkün oldu

1 il ərzində 1-ci mövqeyə qalxmaq mümkün oldu

8 İyun 2011 09:41
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Avropa.az radiosunun 1 yaşı tamam oldu

Bu gün internet aləmində ən çox dinlənilən radio Avropa.az-ın bir yaşı tamam olur. Aradan qısa müddət keçməsinə baxmayaraq, radio dünya ölkələri üzrə 180 mindən artıq dinləyici auditoriyasını qazanıb. Biz də bu münasibətlə səbəbkarı təbrik edərək sözü veririk radio Avropa.az-ın rəhbəri Cavanşir Hüseynova:

"Bu gün 1 yaşımız tamam oldu. Düz 1 il öncə mətbuat konfransı təşkil olunmuşdu. Bütün jurnalistlər Avropa.az radiosunun açılışında idi. Dönüb arxaya baxanda maraqlı günlərin olduğunu, gözəl kollektivin yarandığını görmək olar...

İlk efirimizi Dj Anar ve Dj Həbib ilə test edəndə çox həyəcanlı idik, çünki bizi 5 nəfər eyni zamanda dinləyirdi. O günlərlə bu gün arasında müqayisə olunmayacaq qədər fərq var.

Bu 1 il ərzində nələr olmadı ki? Radio fəaliyyəti ilə məşğul olmaq eşqinə nə qədər uşaqlar düşdü.

Bizimlə birgə çalışan Dj Anar, Dj Həbib, Dj Anka, Dj Seva, Dj İsgəndər, Dj Ragin Esperanza, Dj Anar İbrahimli, Dj Naib, Dj Leyli, Dj Ləman, Dj Maestro, Dj Ruf, Dj Aqilə və ən çox əziyyəti olan şəxslərdən biri, radionun texniki rəhbəri, ilk qurucusu Valeh Sənaniyə təşəkkürümü bildirirəm. Biz çox şadıq ki, 1 ildir fəaliyyət göstərməyimizə baxmayaraq Azərbaycanın ilk internet radiosunu da geridə qoyaraq reytinqə görə liderik. Bu liderliyimizi də həmişə qoruyacağıq Allahın köməkliyi ilə. Bütün dinləyicilərimizə də təşəkkürlərimi bildirirəm bizi bu yerlərə gətirən sizləriniz."

Onu da qeyd edək ki, radio Avropa.az-ın rəhbəri həmçinin Oxumeni.az-ın qurucusudur. Novatorluqla təcrübənin vəhdəti həmişəki kimi uğura gətirib çıxarmışdır...

Radio Avropa.az - uğur qaçılmaz...

Hafiz Əhmədov

O.M.